Avqustun 2-si Türkiyədə bir günlük matəm elan edilib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X”dəki hesabında imzaladığı qərarı bölüşüb.
Copied:
“Fələstin davasına dəstəyimizi və fələstinli qardaşlarımızla həmrəyliyimizi nümayiş etdirmək üçün HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin şəhid olması ilə əlaqədar 1 günlük milli matəm elan edildi”, – Ərdoğan sosial şəbəkə hesabında yazıb.



























