image-timthumb-1backend

Ərdoğan və Əsəd hansı şərtlər altında görüşəcək?

image-reklam_sirab_01

Rusiyanın Kazan şəhərində BRİKS sammiti çərçivəsində Suriya prezidenti Bəşər Əsədlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mümkün görüş barədə məlumat təsdiqini tapmayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə TASS-a Suriyanın Rusiyadakı səfiri Bəşər Cəfəri məlumat verib.

“Bütün tələblərimiz yerinə yetirilənə qədər, Türkiyə işğal etdiyi torpaqlardan çəkilmə tələblərimizi yerinə yetirənə qədər, ərazilərimizdən çəkilmə və terrorçulara dəstəyi dayandırmaq üçün yol xəritəsi tərtib olunana qədər”, – deyə o bildirib.

“Türkiyə bizim yaxın qonşumuzdur və biz yaxşı münasibətlərə malik olmaq istəyirik”, – Suriyanın Rusiyadakı səfiri vurğulayıb, “amma dialoq birtərəfli ola bilməz”. Yaxşı niyyət hər iki tərəfdə olmalıdır. Bütün bu illər ərzində münasibətləri yaxşılaşdırmaq cəhdlərinə baxmayaraq, hələ də bir nəticə yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki