Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında 13 ildən sonra ilk görüş Rusiyada baş tuta bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə Ankaradakı mənbələrə istinadən “Türkiyə” qəzeti danışıqların sentyabrda baş tuta biləcəyini iddia edib.
Nəşrin məlumatına görə, görüş yeri kimi Rusiya, Fars körfəzi ölkələri və İraq nəzərdə tutulur. Qeyd olunur ki, Dəməşq administrasiyası “hazırlaşır, diqqəti İraqa yönəldir”. “Ankara istəyir ki, (görüşün hazırlanması) prosesi sakit keçsin. Danışıqların hansı ölkədə aparılacağı Rusiya prezidenti (Vladimir) Putinin Türkiyəyə səfərindən sonra bəlli olacaq”, – nəşr yazır.