Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətləri, Rusiya və Ukrayna münaqişəsi ətrafındakı vəziyyəti, Fələstin-İsrail münaqişəsinin həlli və terrorizmlə mübarizəni, eləcə də Suriya məsələlərini müzakirə ediblər.
Vətəninfo.az-ın məlumatına görə , bu barədə Türkiyənin “Anadolu” agentliyinə istinadən Türkiyə prezidentinin aparatının əlaqələr şöbəsinin məlumatında deyilir.
Türkiyə prezidenti vurğulayıb ki, Ankara regional və qlobal sabitliyin təmin olunması üçün səylərini davam etdirəcək.
Mənbənin sözlərinə görə, prezident Ərdoğan Türkiyənin atəşkəs razılaşması üçün zəmin yarada biləcəyini, həmçinin Rusiya ilə Ukrayna arasında sülhün bərqərar ola biləcəyini bildirib.