Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefonla əlaqə saxlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Məlumata görə, prezidentlər Türkiyə-Rusiya arasındakı ikitərəfli əlaqələri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.
Rəcəb Tayyib Ərdoğan söhbət zamanı Türkiyə ilə Rusiya arasında əlaqələrin möhkəmlənməsindən məmnunluğunu ifadə edib və yüksək səviyyəli siyasi dialoqun davam edəcəyini vurğulayıb. O, həmçinin, qarşıdakı dövrdə bölgədəki məsələləri ətraflı müzakirə etməyə davam edəcəklərini qeyd edib.
Rəcəb Tayyib Ərdoğan söhbət zamanı həmçinin Rusiya prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edib.