image-1backend

Ərdoğan :”Ya özlərini ləğv edəcəklər, ya da məhv ediləcəklər”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Türkiyə Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Separatçı terror təşkilatı PKK və onunla eyni yolda olanlar ya özlərini ləğv edəcək, ya da məhv ediləcəklər” deyə bildirib.

8 dekabrda Suriyada BƏƏS rejiminin devrilməsindən sonra inqilabın yaratdığı yeni vəziyyətin dünyanın diqqətini buraya yönəltdiyini vurğulayan Ərdoğan “Suriya xalqının tərəfdaşı olaraq yeni prosesləri ən yaxşı şəkildə analiz edən ölkə mövqeyindəyik” deyə qeyd edib. “Zülmkar rejimə qarşı mübarizəni qazanan Suriya xalqının həm də zəfər qazanması və uğurlarını qalıcı hala gətirməsi üçün lazım olan hər cür dəstəyi verəcəyik. Suriyanın ərazi bütövlüyünün və unitar quruluşunun hər şəraitdə qorunması Türkiyənin dəyişməz prinsipidir. Bundan əsla geri addım atmayacağıq”,- deyə prezident bildirib.

Rəcəb Tayyib Ərdoğan “Heç kəsə həyat və söz haqqı tanımayan bu qatil sürülərini bölgəmiz üçün təhdid mənbəyi olmaqdan mütləq çıxaracağıq. Suriyadakı separatçı terror təşkilatı elementlərinə qarşı dəqiq əməliyyatlarımızı həssasiyyətlə mülki şəxslərə zərər vermədən davam etdirməkdə qətiyyətliyik. Suriyanın və bölgəmizin gələcəyində DEAŞ, PKK daxil olmaqla heç bir terror quruluşuna yer yoxdur. PKK və onunla eyni yolda olanlar ya özlərini ləğv edəcək, ya da məhv ediləcəklər” ifadələrini işlədib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image