Birləşmiş Ərəb Əmirliklərinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan heyətlər arasında baş tutan görüşlərə sədrlik ediblər.
Vətəninfo.az xəbər verir ki, görüşdən sonra Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana “Zayed” dövlət ordenini təqdim edib.
Prezident Rəcəb Tayyib Ərdoğan ordenə görə Şeyx Məhəmməd Bin Zayed Əl Nahyana təşəkkür edib.
Rəcəb Tayyib Ərdoğan və Şeyx Məhəmməd bin Zayed Əl Nahyan Birləşmiş Millətlər Təşkilatının bu il BƏƏ-də keçiriləcək İqlim Dəyişikliyi Konfransı üçün xüsusi hazırlanmış qolbağını taxaraq şəkil çəkdiriblər.
Qeyd edək ki, Şeyx Məhəmməd Bin Zayed Əl Nahyan prezident Rəcəb Tayyib Ərdoğanı konfransa dəvət edib.