image-download-3backend

Ərəb ölkələri Amerikanı Çinlə əvəz edirlər

image-reklam_sirab_01
Ərəb ölkələrinin Çinlə tərəfdaşlığı ildən ilə güclənir. Dekabrın əvvəllərində Səudiyyə Ərəbistanında Çinin ərəb ölkələriylə əməkdaşlığıyla bağlı sammit keçiriləcək. Sammitdə Çin lideri Si Sinpin də iştirak edəcək. Si Sinpin sonuncu dəfə Səudiyyə Ərəbistanında 2016-cı ildə olub. Keçmiş illərdə Səudiyyə Ərəbistanı Çinin əsas neft təhcizatçısı idi. Pekin sammit vasitəsilə Yaxın Şərq ölkələri ilə əməkdaşlığı genişləndirməyə çalışır.
Çinin ərəb ölkələri ilə sıx əməkdaşlığı Vaşinqtonu ciddi narahat edir. Çin Səudiyyə Ərəbistanı ilə yanaşı başqa ərəb ölkələri ilə də əməkdaşlıq edir. Misal üçün Birləşmiş Ərəb Əmirlikləri Çinlə yüksək texnologiyalar sahəsində ortaq layihələr reallaşdırır.
Amerika Birləşmiş Ştatlarının Çinlə əməkdaşlıq edən varlı ərəb ölkələrinə təzyiqi bu dövlətləri Vaşinqtondan daha çox uzaqlaşdıra bilər. Birləşmiş Ərəb Əmirliklərinin süni intellekt üzrə naziri Ömər Olamanın sözlərinə görə, ölkəsi Çin texnologiyalarından istifadəni bundan sonra da davam etdirəcək. Abu-Dabi Çinin Birləşmiş Ərəb Əmirliklərinin sirlərinə malik olması təhlükəsindən qorxmur. Vaşinqton Birləşmiş Ərəb Əmirliklərinə F-35 qırıcı təyyarələrini satmaqda tərəddüd edir. Çünki, Vaşinqton ehtiyat edir ki, təyyarənin içindəki avadanlıqlar Çinin əlinə keçə bilər. Vaşinqton hesab edir ki, Pekin dünyanın müxtəlif ölkələrində Amerika texnologiyalarını ələ keçirməyə çalışır.
Böyük Britaniyanın “Economist” dərgisinin analizinə görə, Çinin Avropa, Afrika və Yaxın Şərq ölkələrinə ixracının üçdə iki hissəsi Birləşmiş Ərəb Əmirlikləri üzərindən gerçəkləşir. Bu səbəbdən Çinin Birləşmiş Ərəb Əmirliklərinə yatırımlarının miqyası artıb. Birləşmiş Ərəb Əmirlikləri ərəb ölkələri içərisində Çin yatırımlarının miqyasına görə liderdir.
Vaşinqtonun səyləri nəticə vermir. Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Vaşinqtonun istəyinin əleyhinə olaraq Pekinlə hərtərəfli əməkdaşlığa üstünlük verirlər. Ərəb ölkələrini ABŞ – Çin qarşıdurması maraqlandırmır. ABŞ-ın ərəb ölkələrinə təzyiq alətləri getdikcə zəifləyir. Vaşinqton Səudiyyə Ərəbistanının OPEK + təşkilatı çərçivəsində neftin istehsalının azaldılması qərarını dəyişdirə bilmədi. Vaşinqton ərəb ölkələrinə sanksiya tətbiq etməyə planlaşdırmır. Çünki ABŞ-ın ərəb ölkələri ilə böyük ticarət əlaqələri var.
“Atlas” Araşdırmalar Mərkəzi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image