image-resizebackend

Ərəbləri Azərbaycana kimlər dəvət edir? – “Onların ranqı yüksəkdir” – Əhməd Qəşəmoğlu

image-reklam_sirab_01

Ərəb turistlər yenə də Azərbaycanda qanunsuz ov ilə məşğul olublar. Bununla bağlı artıq bir neçə gündür ki, sosial şəbəkədə ov edən şəxslərin video və şəkilləri paylaşılır.

Bəs onların belə rahat hərəkətinə şərait yaradan şəxslər kimlərdir?

image-1617196683_azedu-az_ahmed_qeshem71517001109_302Mövzu ilə bağlı Vətəninfo.az-a açıqlama verən tanınmış sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, bu məsələ diqqətdə saxlanılmalıdır:

“Hər bir şəxs başqa ölkədə ov edə bilər, bu, qəbul olunmuş haldır. Lakin qanunvericiliklə tənzimlənməlidir. Əgər qanunvericilikdə nəzərdə tutulubsa, bu zaman istənilən bir şəxs Azərbaycana gəlib, qanunla qadağan olunmamış ərazidə və ovlanmasına icazə verilən heyvanları ovlaya bilər. Bu sənədləşdirildiyi halda dövlətə böyük gəlir gətirə bilər. Lakin ərəbləri Azərbaycana dəvət edənlərin onları necə sənədləşdirdiyi də ayrı məsələdir”.

Sosioloqun sözlərinə görə, onlar Azərbaycana gəldikləri zaman mütəxəssislər tərəfindən ciddi şəkildə məlumatlandırılmalıdırlar:

“Hansı heyvanları ovlamaq olar, hansıları olmaz. Ola bilsin ki, hər hansı bir heyvan bizdə Qırmızı Kitabdadır, lakin onlarda isə ovlanmasına icazə var. Buna görə də onlar marifləndirilməlidirlər”.

Əhməd Qəşəmoğlu ərəblərin Azərbaycanda qanunsuz ov etmələrinə münasibət bildirərkən, onları ölkəyə dəvət edən şəxslərin olduğundan danışıb:

“Ərəbləri ölkəyə dəvət edən şəxslər heç nədən qorxmurlar. Onları dəvət edən, arxa olan qüvvələr əvvəlcədən bilirlər ki, onların ranqı yüksəkdir və cəzalanmayacaqlar. Artıq özlərində müəyyən bir arxayınlıq var. Kiçik ranqlı məmur və ya hər hansı sahibkar bu addımı ata bilməz, qorxar. Hətta kiçik ranqlı bir məmur onları ölkəyə dəvət etmək istəsə belə, özünə bir “arxa” tapacaq və daha sonra bu ov təşkil olunacaq” – deyə, vurğulayıb.

Rufina ALİ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki