Erməni blogger Natalia Aleksanyan Azərbaycan prezidentinə müraciət edib. Vətəninfo.az xəbər verir ki, erməni blogger müraciəti Facebook səhifəsində yazıb:
“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə:
Hörmətli cənab Prezident. Başa düşürəm ki, ermənilərin Qarabağda qalmasının yeganə yolu ermənilərin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyasıdır. Mən özüm də qarabağlıların sevdiyi, fikrinə qulaq asdıqları adamam. Yuxarıda deyilənləri nəzərə alaraq, xahiş edirəm, icazə verin, tezliklə Xankəndə gəlim, həmvətənlərimlə yaxın olum, onlara dəstək olasınız, inteqrasiyasına kömək edim. Hörmətlə, Natali Aleksanyan..”
Bu müraciətdən sonra ermənilər bloggerə qarşı hücuma keçiblər və onu vətənə xəyanətdə ittiham ediblər.