image-reklam-veteninfo
image-1backend

Erməni bloqerdən sensasion etiraf: “Azərbaycan əsgəri yatdığı yerdə bıçaqlanıb”

image-reklam-veteninfo

Erməni bloqer Edvard Martirosyan Ermənistanın Şaki kənd sakinlərinə istinadən Azərbaycan hərbçisi ilə bağlı iddia səsləndirib.

Vətəninfo.az xəbər verir ki, Martirosyanın sözlərinə görə, kənd sakini olan qadın evində yatan Azərbaycan əsgərini aşkar edib. İddialara əsasən, qadın qorxuya düşərək hərbçiyə yatdığı yerdə bir neçə dəfə bıçaqla zərbə endirib.

Bloqerin bildirdiyinə görə, Azərbaycan hərbçisi yuxudan oyandıqdan sonra özünü müdafiə etməyə çalışıb, daha sonra isə evi tərk edərək ərazidən uzaqlaşıb.

Martirosyan həmçinin Azərbaycan əsgərinin qadına və onun uşaqlarına qarşı “təcavüz etdiyi” barədə yayılan iddiaların həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, bu iddialar əsgərin Azərbaycana qaytarılmasının qarşısını almaq və Azərbaycan-Ermənistan münasibətlərində gərginliyi artırmaq məqsədi daşıyır.

Bloqer bu məlumatları Ermənistanın Şaki kənd sakinlərinin dediklərinə əsaslandırıb.

Martirosyanın paylaşdığı məlumatın Ermənistan cəmiyyətində də ciddi reaksiyaya səbəb olduğu bildirilir. Onun sözlərinə görə, bloqer sosial şəbəkələrdə sərt tənqid və təzyiqlərlə üzləşib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki