image-s-1backend

Erməni kartoqrafdan etiraf: “Camaatı aldadıblar, o yol bizim deyil, Kərki də daxil olmaqla anklavları işğal etmişik”

image-reklam_sirab_01

Ermənistanın tanınmış kartoqraflarından olan, iddiasına görə 250-yə yaxın sovet hərbi xəritəsini kompyüterində saxlayan Ruben Qalçyan maraqlı bir etiraf edib. Vərəninfo.az “Hraparak” qəzetinə istinadən xəbər verir ki, erməni xəritəşünas Qazaxın 7 kəndi və Kərki kəndinin Ermənistan tərəfindən işğal olundğunu deyib.

O iddia edib ki, sovet inzibati ərazi bölgüsünə görə Azərbaycanın eksklavları sayılan Ermənistanın tərkibindəki anklavlar üçdür: Yuxarı Əskipara, Barxudarlı və Kərki. “1990-cı ilin yanvarında Ermənistan ordusu İrəvan-Meğri strateji magistral yolunun keçdiyi Naxçıvan sərhədindən çox da uzaq olmayan Kərki anklavını ələ keçirib. Kərki kəndi sonradan Tiqranaşen adlandırılıb. 1992-ci ildə iyun ayında erməni qüvvələri Yuxarı Əskipara, Əskipara, sonra isə Barxudarlı və Sofulu kəndlərini ələ keçirdilər. 1992-ci ildə avqustun 8-də isə Başkənd süqut etdi”.

Ruben Qalçyan hesab edir ki, Ermənistan ilk növbədə Azərbaycandan hüquqi əsaslandırma tələb etməlidir. “Paşinyan bildirib ki, Ermənistan anklavları Azərbaycan ərazisindədir. Hesab edirəm ki, Azərbaycan onlara nə vaxt verilib, necə verilib, niyə verilib, bununla bağlı sənəd təqdim etməlidir. Kim qərar verdi? Həmin qərarlar müqavilələrə əsaslanmalıdır. Amma belə bir şey yoxdur. Sovet İttifaqı, Moskva kağıza xətt çəkdi, verdi. Amma heç bir hüquqi əsası yoxdur”.

Erməni kartoqraf daha sonra bildirib ki, Qafan-Gorus yolunun bir hissəsinin Ermənistana heç bir aidiyyatı yoxdur. “Yox. O, həmişə Azərbaycan ərazisində olub. Sadəcə, bizdə olan xəritələr saxtalaşdırılıb, xalqa yalan danışıblar. Hərbi xəritələrdə o yolun 20 kilometrinin Azərbaycana aid olduğu göstərilir. Sonra bir çox yerdə sərhəd yolun özüdür”.

Qalçıyan daha sonra bildirib ki, “Birincisi, bu anklavlarla bağlı məsələyə gəlməzdən əvvəl, əgər ərazi bütövlüyünü tanıyırıqsa, Azərbaycan dövlətimizin ərazisinin toxunulmazlığını qəbul etməsinin sübutu kimi 2021-ci ilin mayından sonra Ermənistandan işğal etdiyi bütün ərazilərdən çıxmalıdır”.

“Anklavlara necə geri qaytaracağıq” sualına cavab olaraq kartoqraf qeyd edib ki, bununla bağlı ciddi danışıqlar aparılmalıdır. Amma Azərbaycanın davranışları və Paşinyanın mövqeyi belə deməyə əsas verir ki, danışıqlar nikbinlik yaratmır”.jamaz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki