Livanın paytaxtı Beyrutda Azərbaycan səfirliyi yaxınlığında toplaşan erməni əsilli bir qrup molotov kokteyli, fişəng, daş və dəyənəklərlə Livanın təhlükəsizlik qüvvələrinə hücum edib.
Beyrutda işğal olunmuş torpaqlarını azad edən Azərbaycana etirazlarını bildirən təxminən min beş yüz nəfər erməni əsilli qrup dünən axşam saatlarında Azərbaycan səfirliyinə yürüş etmək istəyib.
Təhlükəsizlik qüvvələri səfirliyin yerləşdiyi küçənin girişində barrikada qurub və polis etirazçıları səfirliyin qarşısından uzaqlaşdırıb. Bununla da ermənilərin növbəti təxribatının qarşısı alınıb.
Nümayişçilər Azərbaycan və Türkiye əleyhinə şüarlar səsləndirib, Qarabağla bağlı plakatlar qaldırıblar. Kütlənin bir hissəsi təhlükəsizlik qüvvələrinin qurduğu barrikadadan keçərək səfirlik binasına hücum etməyə çalışıb.
Polis aqressiv kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Etirazçıların hücumlarını təxminən iki saat davam etdirməsi təhlükəsizlik qüvvələrinin bəzilərinin yaralanmasına səbəb olub.
Təxribatın təşkilatçısı Ermənistanın “Daşnaksütyun” partiyası hadisələri sosial media hesabında canlı yayımlayıb.
Hücumla bağlı Livan rəsmilərindən hələlik heç bir açıqlama verilməyib.
Xatırladaq ki, avqustun 31-də üzləri maska ilə örtülmüş təxminən 50 nəfər erməni əsilli qrup Azərbaycanın Beyrutdakı səfirliyinin binasına boya, daş və partlayıcı şişlərlə hücum edib.