Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bəyan edib ki, Azərbaycandan yanacaq tədarükü ölkə daxilində benzinin qiymətinin kəskin artmasının qarşısını almağa kömək edib.
Vətəninfo.az xəbər verir ki, nazir dünyanın bir çox ölkəsində yanacağın əhəmiyyətli dərəcədə bahalaşdığı bir fonda, Ermənistanda qiymət artımının minimum səviyyədə qaldığını vurğulayıb.
Papoyanın sözlərinə görə, bu prosesdə Azərbaycan mənşəli benzin və dizel yanacağının tədarükü həlledici rol oynayıb.
O qeyd edib ki, bu idxal olmasaydı, daxili bazarda yanacağın qiyməti bir neçə yüz dram yüksələ bilərdi.
Xatırladaq ki, hazırda tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8 500 tondan çox dizel yanacağı, 979 ton AI-92 markalı benzin və 2 955 ton AI-95 markalı benzin ixrac edilib.Musavat.com


























