Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin qarovul ərazisində güllə yarası olan erməni hərbçinin meyiti tapılıb.
Vətəninfo.az xəbər verir ki, sentyabrın 2-də saat 10:10 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə məntəqəsində hərbçi Edqar Sarqis Aleksanyanın güllə yarası ilə meyiti tapılıb.
Hadisənin baş vermə şəraiti tam aydınlaşdırılıb və hərbi hissənin zabiti həbs edilib.