image-1backend

Erməni qadın Livanda nazir təyin olundu

image-reklam_sirab_01

Nora Bayraktaryan Livanın bədən tərbiyəsi və gənclərlə iş üzrə naziri təyin edilib. Vətəninfo.az xəbər verir ki , bu barədə Livanın “Azdağ” qəzeti məlumat yayıb. Nora Bayraktaryan Livan Universitetində, eləcə də Livan Amerika Universitetində dərs deyir. 2004-cü ildə Sorbonna Universitetində doktorluq dərəcəsi alıb, 2017-ci ildə isə Livan Universitetində professor olub. O, Livan Universitetinin doktorluq proqramı üzrə beynəlxalq komitənin üzvü və siyasi elmlər komitəsinin koordinatorudur. Nora Payraktarian Böyük Kilikiya Evi Katolikosluğunun Milli Mərkəzi Administrasiyasının üzvüdür və Katolikosluğu bir sıra beynəlxalq platformalarda, xüsusilə Ümumdünya Kilsələr Şurasında təmsil edib. O, bu yaxınlarda Dünya Kilsələr Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin həmsədri seçilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image