image-muharibe-foto3backend

Erməni təxribatı son damla ola bilər: Azərbaycan ordusu öldürücü zərbə vuracaq

image-reklam_sirab_01

Artıq erməni cəmiyyəti və mediası yeni müharibənin baş verəcəyini açıqlayır. Görünən odur ki, ermənilər genişmiqyaslı təxribat törətməyə hazırlaşırlar. Erməni mediasının açıqlamalarına diqqət yetirsək onlar bu təxribatın G20 liderlərinin 18-ci zirvə toplantısında ərəfəsində həyata keçirməyə çalışacaqlar. Çünki ermənilər bununla bütün dünyanın diqqətini yenidən Ermənistan -Azərbaycan sərhəddinə yönəltmək fikrindədirlər. Ermənilər bu toplantı ərəfəsində təxribat törədəcəklərinin başqa bir açıqlaması da var. Ermənilər bu təxribatlara start  verməklə Azərbaycan tərəfindən hücuma məruz qalacaqlarını dünyaya yaymaq istəyirlər. “Hraparaq” nəşrinin yazdığına görə dünyanın aparıcı xəbər agentliklərinin əməkdaşları 17-21 sentyabr tarixlərində Ermənistana səfər edəcək. Məhz bu tarixdə ABŞ-ın Nyu-York şəhərində  BMT-nin 78-ci Baş Assambleyasının növbəti iclası keçiriləcək. Bir sözlə ermənilər yeni təxribat öncəsi media nümayəndələrini də sərhəd bölgəsinə gətirəcək.

Azərbaycanın cavabı necə olacaq? Bu ermənilər üçün də maraqlıdır. Erməni mediası Azərbaycan ordusunun yüksək hazırlığa malik olduğunu etiraf edir. Rəsmi Bakı artıq 3 ildir ki, səbrlə ermənilərin təxribatlarını izləyir və lazım gələndə onlara qətiyyətli cavab verir. Görünən odur ki, bu dəfə ermənilərin təxribatı Azərbaycanın səbrini daşıra bilər.

Və Bakı İrəvanı sərt cəzalandıra bilər. Elə erməni ekspert Tiqran Abramyan da öz müsahibəsində erməni tərəfini müharibədən çəkinməyə cağıraraq qeyd edirdi ki, hər hansı bir savaş ermənilərin sonunu gətirə bilər.

Bizim səbrimiz hüdudsuz deyil. Bir neçə dəfə Azərbaycan ermənilərə xəbərdarlığını edib. Əgər yeni bir təxribat olsa bu dəfə ordumuzun cavabı amansız olacaq.

Azərbaycan əsgərinin ayaq səsləri erməniləri qorxuya saldığı şübhəsizdir. Tezliklə bütün Qarabağda Azərbaycan bayrağı dalğalanacaq.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki