Fransanın Nitsa şəhərində iki erməni həbs edilib. Ermənistandan turist kimi Fransaya gedən ermənilər Nitsada Fransanın keçmiş prezidenti Jak Şirakın heykəlinin iki barmağını sındırıblar. Vətəninfo.az xəbər verir ki,bu barədə məlumatı “Nitsa-Matin” yayıb. Qəzetin yazdığına görə, şəhər rəhbərliyi vandalizm aktını pisləyib, bunu qəbuledilməz adlandırıb. Qeyd olunur ki, bələdiyyə nümayəndələri artıq heykəltəraş Patrik Freqa ilə əlaqə saxlayıb ki, sonuncu heykəli bərpa edə bilsin.
Bu, bu abidəyə qarşı üçüncü vandalizm hadisəsidir. Oxşar hadisə heykəlin açılışından bir neçə gün sonra 2020-ci ildə, digəri isə 2022-ci ilin noyabrında qeydə alınıb.
Xatırladaq ki, 2020-ci il fevralın 8-də Nitsa şəhərində Jak Şirakın 2,2 metr hündürlüyündə heykəlinin açılış mərasimi keçirilib, abidənin ətrafındakı kiçik həyət respublikanın keçmiş rəhbərinin adını daşıyır.



























