image-9999backend

Ermənilər müharibəyə hazırlaşır – SENSASİON İDDİA 

image-reklam_sirab_01

Ermənistan Müdafiə Nazirliyində müdafiə naziri Suren Papikyanın rəhbərliyi ilə Baş Qərargahının rəhbər heyətinin, ordu hissələrinin komandanlığının iştirak etdiyi əməliyta müşavirəsi keçirilib. Vətəninfo.az xəbər verir ki, bu barədə həmin qurumun mətbuat katibi Aram Torosyan bildirib.

Məlumatda deyilir ki, məsləhətləşmə zamanı silahlı qüvvələrdə görülən işlər, xüsusilə qış mərhələsinə hazırlıq tədbirləri, mühəndis-təminat işləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Qeyd edək ki, Soçi görüşündən bir neçə gün əvvəl Ermənistan tərəfinin Azərbaycanla sərhəddə əlavə ordu hissələri və hərbi texniaka daşıdığı haqqında məlumat yayılmışdı. Həmin məlumatda deyilirdi ki, erməni tərəfi İrəvan da daxil olmaqla, bir çox şəhərlərdəki hərbi hissələri dövlət sərhəddimizə daşıyır.

Bundan başqa, dünən Ermənistan tərəfi Azərbaycan Ordusunun Cermux istiqamətində guya, hücuma keçdiyi barədə məlumat yaymışdı. Hərçənd Azərbaycan Müdafiə Nazirliyi məlumatı təkzib etmiş, belə bir hadisənin baş vermədiyini bildirmişdi. Görünən odur ki, erməni tərəfi aktiv şəkidlə sərhəddə təxribatlar həyata keçirmək üçün hazırlıqlara başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki