image-reklam-veteninfo
image-1backend

Ermənilər niyə Türkiyə və Azərbaycandan asılıdır? – Erməni ictimaiyyəti gec da olsa reallığı qəbul edir

image-reklam-veteninfo

Ermənistanın yeni milli təhlükəsizlik strategiyası olacaq. Yeni   milli təhlükəsizlik strategiyasının hazırlanması isə 2025-ci ilin fevralın sonunda Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana həvalə edilib. Erməni mediası iddia edir ki, keçən 15 gün ərzində müəyyən işlər görülüb və yeni milli strategiyanın əsas məğzi Türkiyə ilə bağlıdır.

Erməni jurnalist Lusina Şahverdiyan hesab edir ki, Ermənistan KTMT-dən tamamilə qopmaqla Türkiyə yolunu tutmaq niyyətindədir.

Erməni ictimaiyyətinin son illər ərzində Türkiyəyə tərəf daha çox boylanmasının müxtəlif səbəbləri var. Artıq erməni ictimaiyyəti anlayır ki, xilas yolu nə İran, nə də Rusiyadadır.

Çünki 30 ildən artıqdır ki, Rusiyanın forpostu rolunu oynayan Ermənistan yeniliklərə qapalı olub. Məhz bu səbəbdən ermənilər Türkiyənin dəstəyini və inamını qazanmaqla irəli addım atmaq istəyir. Türkiyə – Ermənistan sərhəddinin açılmasını “Böyük nəfəslik” adlandıran erməni cəmiyyəti iqtisadi tənəzzüldən qurtarmaq yolu hesab edir. Erməni jurnalist Lusina Şahverdiyan hesab edir ki, Türkiyə amili daha ağıllı variantdır. Jurnalist bunu belə əsaslandırır:”Rusiya bizi qoruya bilmədi. Həmçinin biz iqtisadi bataqlıq içərisində çabalayırıq. ABŞ və Qərb isə bizə uzaqdır. Biz qonşularla mümkün dostluq əlaqələrini bərpa etməklə məhz Türkiyənin əli ilə Qərbə açıla bilərik.”

Erməni jurnalist cəmiyyətin artıq Türkiyəyə tərəf fokuslandığını etiraf edir.

Ermənistanın Türkiyə və Azərbaycanla yaxınlaşması ermənilərə nə verə bilər?

 – Ermənistan iqtisadi bataqlığdan xilas ola bilər

-Türkiyənin dəstəyi ilə ölkə ərazisində yeni zavod və fabriklərin inşasına start verə bilər

– Hər üç ölkənin Türkiyə , Azərbaycan və Ermənistanın ortaq lahiyələri reallaşa bilər.

Belə olduqda məhz Ermənistan iqtisadi tənəzzüldən çıxa bilər.

Amma bunun üçün Ermənistan nə etməlidir?

Ermənilər sülh prosesinə öz töhfələrini verməli və rallıqla barışmalıdırlar. Həmçinin Ermənistan Konustusiyası dəyişdirilməli və sülh müqaviləsinin bağlanması üçün Azərbaycan tərəfinin şərtlərini qəbul etməlidir. Bu halda Ermənistan xilas ola bilər…

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki