Erməni jurnalist Tatul Akopyan Tavuş vilayətinin Azərbaycanla sərhəddə yerləşən Kirants kəndində yeni yolun çəkilişindən sonrakı vəziyyəti ətraflı təsvir edən videoçarx dərc edib.
Akopyan qeyd edib ki, Azərbaycanla-Ermənistan arasındakı sərhəd Gürcüstana gedən yoldakı körpüdən təxminən 200 metr irəli çəkilib.
Köhnə körpü artıq Azərbaycan tərəfdə qalıb, yeni yol, yeni körpü tikilib.