Dünən erməni separatçıları təslim olduqlarını bəyan etdilər. Bundan sonra hansı proseslər baş verəcək?
“Bu xalqımız üçün böyük qələbədir. Bu yüz ildə baş verən hadisələrin məntiqi sonudur. 30 il öncə torpaqlarımızı işğal edən və heç bir danışığa gəlməyən ermənilər fiaskoya uğradılar və ordumuz qarşısında diz çökdülər”- bu fikirləri Real Televiziyasının efirində millət vəkili Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, ermənilərin “arsax” ideyalarını ordumuz puç etdi.
“30 ildir onlar öz aləmlərində bizə meydan oxuyurdular. Ancaq biz səbrlə hadisələrə qiymət verdik. Ermənilər ağ bayraq qaldırıb təslim oldular. Bundan sonra Qarabağ çiçəklənəcək”-deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videomatrealda: