Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyan “Armenpres”ə billdirib ki, Şvanidzor, Nrnadzor (Nüvədi), Agarak və Meğrini birləşdirən yeni yolda aktiv tikinti işləri gedir.
Xəritədən göründüyü kimi, Zəngəzur dəhlizində avtomobil yolunun çəkilişinə artıq start verilib.
Nazirin sözlərinə görə, ərazidə partlayış işləri və tunel qazma prosesi aktiv şəkildə aparılır.
Yolun nə zaman hazır olunacağı haqda məlumat verilmir.