image-reklam-veteninfo
image-1backend

Ermənilərdən Qars iddiası: Yeni bir “kampaniya”

image-reklam-veteninfo

Ermənilər Facebookda yeni bir “kampaniya” başladıb. Vətəninfo.az xəbər verir ki, ermənilərin yeni “kampaniyası” “Qarsı azad etdik, Qarabağı da qayataracağıq” sözlərindən ibarətdir.

Qeyd edək ki, ermənilər Qars məsələsini belə əsaslandırırlar ki, guya, 1918-ci ildə həmin əraziləri “azad ediblər”. Halbuki həmin dönəmdə ruslar Türkiyənin Qars-Ərdəhan bölgəsini işğal etmişdilər və bu zaman ermənilərdən də istifadə etmişdilər. Lakin həmin torpaqların Ermənistanla və ermənilərlə heç bir əlaqəsi yoxdur. Amma bu iddianın tərəfi ermənidir və onların hansı xəstə təxəyyülə malik olmasını da isbata ehtiyacı yoxdur.

Ermənilərin bu hərəkəti “ac toyuq yuxuda darı görər” atalar məsəlinə bənzəyir. Adamlar hələ də həzm edə bilmirlər ki, Qarabağ məsələsi bitib və Azərbaycan bir daha onu düşmənin ixtiyarına verməyəcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki