Ermənilərin nəfəslik adlandırdığı “Yuxarı Lars” keçid məntəqəsi yük daşımaları üçün bağlıdır.
Vətəninfo.az xəbər verir ki, məlumatı “Sputnik Ermənistan”a Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan bildirib.
“Beynəlxalq Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qar yağması ilə əlaqədar Xaç aşırımı hər iki istiqamətdə yük maşınlarının hərəkəti üçün bağlanıb”.