“Ermənistan regionda gərginliyin qalmasında maraqlıdır. Ermənistan ABŞ-ı regionda müharibəyə cəlb etmək istəyir” – bu fikirləri Vətəninfo.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edir ki, Ermənistan ABŞ-ı Cənubi Qafqazda müharfibə sürükləməklə siyası gərginliyə səbəb olur.
“Digər bir məqam həmin şirkətlərin həqiqətən ABŞ şirkətləri olub-olmadığını dəqiqləşdirməkdir. Çünki həmin şirkətlər ABŞ vətəndaşı olan etnik ermənilərin də ola bilər və ya hər hansı ofşor şirkət ola bilər. Bu, ümumilikdə heç nəyi dəyişmir, amma bu çox ermənicə, hiyləgər cəhddir. Məsələnin bir tərəfi də Ermənistanın məhz münaqişəni genişləndirmək və yeni tərəfdaşlar axtarmaq istiqamətində primitiv səylərindən biridir”. -deyə Arzuman Muradlı bildirib.