image-1backend

Ermənilərin növbəti yalanı-Bir məktubun izi ilə

image-reklam_sirab_01

Ermənilər sosial şəbəkələrdə aşağıdakı sənədi uzun zamandır paylaşaraq qeyd edirlər ki, Azərbaycanın öz tarixi yoxdur və onlar Ermənistandan “qədim erməni əşyasını” müvəqqəti olaraq xahiş edirlər ki, Azərbaycan Tarix Muzeyində sərgiləsinlər. Guya bu məktub göstərir ki, Azərbaycana aid heç bir qədim arxeoloji qazıntı və əşya yoxdur.
Gəlin bu məsələyə aydınlıq gətirək. Birinci, bu tapıntı Ermənistan ərazisində tapılıbsa və onun “ermənilərə aidi” varsa Azərbaycan niyə qədim erməni əşyasını “Qədim Azərbaycan tarixi” bölməsində sərgiləsin? İkinci Ermənistan ərazisi deyilən coğrafiya 1918-ci ildə Batum konfransı zamanı Osmanlı, Rusiya, Amerika, Almaniya, İran və digər dövlətlərin təyziqi ilə onlara verilib. Bununla bağlı kifayət qədər araşdırma var. Üçüncüsü isə Ermənistan ərazisi indi olsa da tarixdə orda birgə yaşayış olub və orda türklərin də tarixi kifayət qədər qədim dövrlərə gedib çıxır.
Keçək əsas məsələyə, bu əşya nə zaman tapılıb və niyə ermənilər onu Azərbaycana verməkdən imtina etdilər. Bunun üçün elə ermənilərin öz araşdırmalarına müraciət edək. Garegin Tumanyanın “Ermənistanda dəmir dövrünə aid dəfnlərin tarixləşdirilməsi məsələsinə dair” məqaləsi, Perixanyan A. G. “Zəngəzurdan arameycə yazı (Mərkəzi İran dialektologiyasının bəzi məsələləri)” məqaləsi ilə yanaşı B.A. Kuftina, A.A. Jessena, A.I. Terenojkina, Yu.N. Voronova, M.N. Poqrebova kimi Rusiyalı arxeoloqların araşdırmaları bizə bu məsələyə aydınlıq gətirməyə işıq saçacaq.
1951-ci ildə Ermənistan SSRİ ərazisində arxeoloji qazıntılar aparılır. Məqsəd regionda “Kimmer-skif” dövrünə aid arxeoloji əşyaların araşdırılması idi. Çünki ondan öncə Mingəçevirdə aparılan tədqiqatlar zaman I, II və III kurqanlarda qeyd edilən dövrlərə aid silahlar, əşyalar, pullar və sairə tapılmış idi. Ermənistanda tapılan “dəmir oraq formalı bıçaq” Rusiya, Azərbaycan və Ermənistan alimləri tərəfindən Mingəçevirdə kurqanlarda tapılanlarla eynilik təşkil edilidiyi müəyyən edilir. Eramızdan əvvəl X-IX əsrlərə aidi olduğu bu alətin Mingəçevir ərazisindən soyğunçular tərəfindən aparılaraq Ermənistan ərazisində kurqanda “gizlədilməsi” faktı ortaya çıxır. Bu alətin Mingəçevir arxeoloji kompleksinə məxsus olduğu yuxarıda adını çəkdiyim alimlər tərəfindən birməanlı olaraq təsdiq edilir. Onun öz sahibinə-Azərbaycana verilməsi məsələsi gündəmə gələndə Ermənistan tərəf bunun onların “ərazisindən” tapıldığını bəhanə edərək “dəmir oraq formalı bıçaq”-ı verməkdən imtina edir. Bu zaman yarana biləcək (xüsusilə o dövrlərdə milli məsələ olması Moskvaya sərf etmirdi) mübahisənin yaranmaması üçün Mərkəzi Komitə qərar verir ki, əşya Ermənistan Tarix Muzeyində saxlanısın, amma Azərbaycan SSRİ-yə məxsus intervar kimi.
Azərbaycan tərəfinə də səlahiyyət verilir ki, Ermənistandan bunu müəyyən müddət götürüb öz Tarix Muzeyində sərgiliyə bilsin. Məhz qeyd edilən məktub bu məsələ ilə bağlıdır. Ermənilər yenə əsas səbəbi bilmədən şou yaradırlar və bunu dünyaya yayırlar. Reallıq isə budur. Bununla bağlı arxivdə kifayət qədər yazışmalar və ən əsası erməni və rus alimlərinin ciddi araşdırmaları var. Oxumadan, bilmədən saxta tarix yazmaq çox təəssüff ki, bizimlə qonşu xalqın və dövlətin köhnə adətidir.
Zaur Əliyev, dosent


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki