image-bez-nazvaniya-1backend

“Ermənilərin şon sansı:Ankaranın sərt xəbərdarlığı erməniləri qorxuya saldı”

image-reklam_sirab_01

Türkiyənin İşlər naziri Mevlüt Çavuşoğlu rəsmi İrəvanı ikili siyasət aparmaqda suçladı. Cavuşoğlu çıxışı zamanı rəsmi İrəvanaı da hədələyərək İrəvandakı abidəni sökməyi tələb etdi. Paşinyan isə bu abidənin açılışından xəbəri olmadığını açıqladı. Ancaq elə erməni mediası Paşinyanın yalan danışdığını heykəlin açılışında adamı Tiqran Avinyan iştirak etdiyini yaymağa başladı.

Xəbər verildiyi kimi, Türkiyə keçən həftədən Ermənistan üçün öz hava məkanını bağlayıb. Qadağa baş nazir Nikol Paşinyanın təyyarəsinə də aiddir. Səbəb isə uydurma soyqırımın 108-ci ildönümü ərəfəsində İrəvanda Osmanlı (Türkiyə) və Azərbaycan diplomatları və siyasi xadimlərini ötən əsrin əvvəllərində qətlə yetirmiş “Nemezis” terror qruplaşmasının üzvlərinə abidə qoyulmasıdır.

image-arzuman_muradli-yeni_foto_-2

Politoloq Arzuman Muradlının  sözlərinə görə, İrəvanda “Nemezis” adibəsinin qoyulmasından sonra başlanan bu gərginliyin arxasında Türkiyə-Ermənistan münasibətləri ilə yanaşı, Bakı-İrəvan sülh danışıqlarını da əhatə edən nüanslar var: “Paşinyan bildirir ki, abidənin qoyulmasından xəbərləri yoxdur və bu addım yanlışdır. Erməni baş nazirin yalan danışdığı bəllidir, abidə İrəvan meriyasında hakim komandanın təşəbbüsü ilə qoyulub. Abidənin qoyulması, daha sonra Nikolun bu addımı tənqid etməsi İrəvanın Ankara qarşısında “geri çəkilməsi” kimi görünsə də, əslində bunun erməni ictimai rəyinə hesablanan plan olduğu versiyası istisna deyil: “Nemezis” mirasına hörmətlə “satqın türk” ittihamlarına qarşı “milli xətt”i unutmadıqlarını göstərir, eyni zamanda belə “milli xətt”in davam etdirilməsinin ziyan gətirdiyini – hava məkanının bağlanması – də nümayiş etdirirlər”. Politoloq hesab edir ki, Türkiyənin cavab tədbirləri isə təkcə “Nemezis” abidəsinə görə erməniləri “ağıllandırmaq” yox, həm də sülh danışıqlarında prosesi dalana dirəyən İrəvana xəbərdarlıq etməyə hesablanıb: “Və bunu həm diplomatik, həm hərbi dillə izah edirlər: Çavuşoğlunun “Nemezis”lə bağlı açıqlamasında İrəvana “Bakı ilə razılaşmayacaqları təqdirdə, Ankara ilə də əlaqə mümkün deyil” mesajı, Hulusi Akarın “Qafqaz regionu: sülh və barışıq üçün unikal imkan” adlı məqaləsində isə “sülh sazişinin imzalanmamasının hərbi addımlara zərurət yarada biləcəyi” mesajı var idi”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki