image-turkiye-ermenistanbackend

“Ermənilərin təxribatının əsl səbəbi budur” -Arzuman Muradlı

image-reklam_sirab_01

“Ermənilər sərhəddə təxribat törətməklə həm öz istəklərinə, həm də Rusiyanın istəyinə  nail olmaq istəyirlər. Bu təxribatların  bir neçə səbəbi var. Ermənilər bu təxribatlara əl atmaqla Brussel görüşünün əhəmiyyətsizliyini önə çəkmək və görüşlərin   Moskvada aparılmasını istəyirlər. Bu işdə onlara Rusiya dəstək verir. Etiraf etmək lazımdır ki, Rusiya bu istəyini açıq şəkildə bəyan edib.  Elə bu görüşlərin yalnız Moskvada keçirilməli olduğunu  Rusiya XİN-in sözçüsü Zaxarova da dəfələrlə bildirib”. – bu fikirləri Vətəninfo.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-1668423997_arzuman-muradli-11-2

Politoloq bildirib ki, Ermənistanın vəziyyəti gərginləşdimək istəyi onun özünə sərf etməyəcək.

“Azərbaycan ordusu erməni ordusundan qat-qat güclüdür. Bunu həm 44 günlük müharibədə, həm də ermənilərin sonrakı təxribatlarının qarşısını alarkən gördük. Dünən axşam da onlara ağır zərbə vuruldu. Bunu ermənilər özləri çox yaxşı bilir. Yəni çirkin əməllərinə son verməsələr, daha ciddi zərbələr alacaqlar. İndiki reallıq budur. Ya ermənilər sülh bağlamalıdır, ya da yenidən biabırcasına döyüş meydanında rəzil olmalıdır” -deyə Arzuman Muradlı bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki