Rusiya-Gürcüstan sərhədindəki “ Lars” keçid məntəqəsinin yaxınlığında 850-yə yaxın erməni yük maşını gözləyir.
Vətəninfo.az xəbər verir ki, bu barədə Şimali Osetiya Yol Hərəkətinin Təşkili Mərkəzindən öyrənirik.
Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi bütün nəqliyyat vasitələri üçün açıqdır, lakin pis hava şəraiti səbəbindən tıxaclar aradan qaldırılmır.
Son məlumatlara görə, keçid məntəqəsindən keçmək üçün 2173 maşın gözləyir ki, onlardan 847-si ermənidir.