image-1backend

“Ermənistan-Azərbaycan arasında müharibə ola bilər” – KTMT

image-reklam_sirab_01

KTMT Ermənistan-Azərbaycan sərhədində böyük münaqişə potensialı görür və vəziyyəti nizamlamaq üçün sülh müqaviləsi lazımdır. Vətəninfo.az xəbər verir ki, bu barədə KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov brifinqdə bildirib.

“Ayrı-ayrı dövlətlər tərəfindən Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin resurslarına çıxış əldə etmək və onların Mərkəzi Asiyaya birbaşa çıxışını təmin etmək cəhdləri var”, – Serdyukov bildirib.

“Sülh müqaviləsinin bağlanması vəziyyətin gələcək tənzimlənməsi üçün vacib olaraq qalır”.

Serdyukovun sözlərinə görə, Qərb Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Bakı və İrəvanın münaqişədən sonrakı nizamlanmasına təsir göstərməyə çalışır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki