image-reklam-veteninfo
image-mirzoyanbackend

Ermənistan Azərbaycanla delimitasiya komissiyası yaratmağa hazırdır-Mirozyan

image-reklam-veteninfo

Azərbaycan İrəvanın əvvəlki təkliflərinə mənfi reaksiya verib.

 

Veteninfo.az xəbər verir ki, Ermənistanın baş diplomatı Ararat Mirzoyanın sözlərinə görə,Ermənistan Azərbaycan və Rusiya ilə təmas xəttində təhlükəsizlik mexanizmlərinin yaradılmasını müzakirə edir.

Mirzoyan erməni KİV-nə verdiyi açıqlamada deyib ki, Ermənistan öz öhdəliklərinə sadiq qalır və Ermənistan, Rusiya və Azərbaycan başçılarının Soçi görüşündə razılaşdırılan birgə delimitasiya komissiyası yaratmağa hazırdır:

“İndi biz Azərbaycan və Rusiya tərəfləri ilə təmas xəttində təhlükəsizlik və sabitlik mexanizmlərinin yaradılmasına gətirib çıxaracaq vasitələri müzakirə edirik. Mən artıq müxtəlif təkliflərin verildiyini demişəm. Danışıqlar davam edir”.

Mirzoyan bildirib ki,konkret olaraq Ermənistanın son təkliflərinə gəlincə, Azərbaycan mənfi reaksiya verib. Amma İrəvan üçün qəbuledilməz olan təkliflərin olmasına baxmayaraq, proses, nazirin sözlərinə görə, davam edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki