image-reklam-veteninfo
image-1backend

Ermənistan hər gün Avropa İttifaqına yaxınlaşır – Mirzoyan

image-reklam-veteninfo

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 5-də Yerevanda keçirilən ilk Ermənistan–Avropa İttifaqı (Aİ) sammitinin nəticələrini müsbət qiymətləndirib.

Vətəninfo.az xəbər verir ki, “Armenpress”in məlumatına görə, Ararat Mirzoyan Litvanın xarici işlər naziri ilə birlikdə keçirdiyi mətbuat konfransında mövzuya toxunub və sammitdən sonra Aİ-nin Ermənistanın yanaşmalarına dair fikirləri ilə bağlı suala cavab verib.

Mirzoyan bildirib:
“Ermənistanın yanaşmaları keçmişdə həm Aİ-yə, həm də üzv dövlət tərəfdaşlarına həmişə dinamik şəkildə təqdim olunub. Bu sammit də istisna deyildi. Ermənistanın Avropa İttifaqına gündən-günə yaxınlaşdığı heç kimə sirr deyil. Bunun üçün bütün imkanlar var. Bunun bir nömrəli şərti isə ötən il vətəndaş təşəbbüsü ilə irəli sürülmüş və nəticədə Milli Məclis tərəfindən qanuna çevrilmiş erməni xalqının Avropa istəkləridir.”

O, həmçinin Ermənistanın Aİ-yə üzvlüyü prosesinə başlamaq haqqında qanuna toxunub və bunun ölkənin Avropa inteqrasiyası yolunda mühüm addım olduğunu vurğulayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki