image-reklam-veteninfo
image-1backend

Ermənistan Ordusunda həyəcan təbilı: Ordunun 80 faizi siqaret çəkir

image-reklam-veteninfo

Ermənistan silahlı qüvvələrində tütün istifadəsi ciddi problem olaraq qalır. Vətəninfo.az xəbər verir ki, Ermənistan parlamentdə keçirilən müzakirələr zamanı məlum olub ki, çağırışçıların təxminən üçdə ikisi, yəni 67 faizi siqaret çəkir. Bu məlumat “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı təqdim edilib.

Parlament üzvü Hayk Sarkisyanın sözlərinə görə, gənclərin bir çoxu hərbi xidmətə başladıqda siqaret çəkməyə başlayır ki, bu da xüsusilə narahatlıq doğurur. O, əlavə edib ki, problem yalnız yeni çağırışçılara aid deyil. Kiçik zabitlər arasında siqaret çəkmə halları demək olar ki, 70 faizə, zabitlər arasında isə 88 faizə çatır. Millət vəkili bu vəziyyətin təcili diqqət və həll tələb etdiyini vurğulayıb.

Müzakirələr zamanı Hayk Sarkisyan müdafiə nazirinə sual ünvanlayıb: hərbçiləri siqareti tərgitməyə həvəsləndirmək üçün hansı həvəsləndirici tədbirlərin tətbiq olunmasının mümkün olduğunu soruşub. Məsələn, siqaret çəkməyən hərbçilərə xidmət müddətinin azaldılması və ya əlavə məzuniyyət günləri verilməsi kimi təkliflər irəli sürülüb.

Müdafiə naziri cavabında bildirib ki, bu cür yanaşmaların inkişaf etdirilməsi potensialı mövcuddur və onların tətbiqi müzakirə oluna bilər. Lakin, hazırda xidmət müddətinin azaldılması ilə bağlı heç bir qərar yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki