image-1backend

Ermənistan ordusunun əsgəri ölüb

image-reklam_sirab_01

Ermənistanın N saylı hərbi hissəsinin əsgəri Davit Nersisyan ölüb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, hadisə iyunun 24-də baş verib. Saat 09:40 radələrində hərbi hissədə növbədə dayanan D.Nersisyan qəfil özünü pis hiss edib və huşunu itirib, bununla əlaqədar təcili olaraq hərbi hospitala yerləşdirilib, burada saat 10:00 radələrində hərbçinin bioloji ölümü qeydə alınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsi üzrə cinayət işi başlanıb.

İlkin araşdırmalar çərçivəsində meyitin xarici müayinəsi aparılıb, nəticədə meyitdə zorakılıq izləri aşkar edilməyib.

Bir sıra şəxslər dindirilib, tibb müəssisəsindən dünyasını dəyişən hərbçiyə aid sənədlər götürülüb.

Ölümün səbəblərini öyrənmək üçün meyitin məhkəmə-tibbi ekspertizası təyin edilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki