image-image_750x_65e94bc44ccc8backend

“Ermənistan özünü uçuruma aparır”- Zaxarova

image-reklam_sirab_01

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Ermənistana mövcud narahatlıqları azaltmaq üçün idarələrarası müzakirələr aparmaq təklif olunub.

Vətəninfo.az xəbər verir ki, bu kontekstdə Ermənistanın ali hakimiyyət orqanlarının Ermənistanın KTMT fəaliyyətlərində iştirakının dondurulması ilə bağlı bəyanatlarına istinad edən Zaxarova qeyd edib ki, Ermənistan Aİİ strukturunda sədrliyini davam etdirir və erməni tərəfdaşları ilə intensiv iş aparılır.

“Aİİ iqtisadi inteqrasiyanın beynəlxalq təşkilatıdır, dayanıqlı iqtisadi inkişaf məsələləri, üzv ölkələrin vətəndaşlarının rifahı ilə bağlı məsələlər burada öz həllini tapır. Bu platformada siyasi məsələlər müzakirə olunmur, ölkələr arasında münasibətlər qarşılıqlı fayda və bərabərlik kontekstində tənzimlənir. Bu əməkdaşlığın, şübhəsiz ki, öz müsbət nəticəsi var, o cümlədən son bir neçə ildə bir sıra iqtisadi göstəricilərə görə İttifaqda lider olan Ermənistan üçün. Bu imkanları isə İttifaqın ümumi bazarı təmin edir”, – Zaxarova vurğulayıb.

Ermənistanla Avropa İttifaqı arasında inkişaf edən münasibətlərdən danışan Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, Ermənistan Qərbin yeni qurbanına çevrilmək təhlükəsindən çəkinməlidir.

“Kiyevə də etibarlı gələcək vəd edilmişdi, lakin sonra ondan imtina etdilər. Hesab edirəm ki, Ermənistanın timsalında bunu təkrarlamaq olmaz, çünki Ermənistan soyqırımı, öz suverenliyi və mədəniyyəti uğrunda mübarizəni, mürəkkəb regional mübahisələri ehtiva edən çətin tarixi yol keçib. Ermənistan bizim müttəfiqimizdir, bizim o ölkə və xalqla davamlı tarixi əlaqələrimiz var və buna görə də Ermənistana sülh, sabitlik və firavanlıq arzulayırıq. Bildiyiniz kimi, regionun sabitliyi də bundan qaynaqlanır”, – deyən Zaxarova Avropa İttifaqının etibarlı tərəfdaş olmadığını və nəyin bahasına olursa-olsun Ermənistanı regiona giriş nöqtəsi hesab etdiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki