Ermənistan parlamentində spiker Ruben Rubinyan müxalifətdəki “Güclü Ermənistan” partiyasının üzvü Edqar Qazaryanın sözünü kəsdikdən sonra əlbəyaxa dava baş verib.
Vətəninfo.az xəbər verir ki, Rubinyanla qısa mübahisədən sonra Qazaryan tribunadan qayıdıb oturub, bu zaman hökumətyönlü deputat Vahe Qalumyan ona yaxınlaşaraq “razborka” aparmaq istəyib.
Qalumyanın yolunu Qazaryanın fraksiya həmkarı Vazinak Vartanov kəsib və bu, digər parlament üzvlərinin də qoşulması ilə nəticələnən davaya səbəb olub.
Spiker sonda fasilə elan edib.


























