image-reklam-veteninfo
image-imagesbackend

Ermənistan pasportlarında dəyişiklik: Qarabağda doğulanların doğum yeri Azərbaycan kimi göstəriləcək

image-reklam-veteninfo

Ermənistan vətəndaşlığını qəbul etmiş Qarabağ ermənilərinə verilən yeni biometrik pasportlarda doğum yeri bölməsində Azərbaycanın adı qeyd olunur.

Ermənistan mətbuatının yaydığı məlumata görə, bu dəyişiklik Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin qərarı əsasında həyata keçirilir.

Qurumdan bildirilib ki, yeni qayda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO 3166) beynəlxalq standartlarının tələblərinə uyğun olaraq tətbiq edilib.

Nazirliyin açıqlamasında qeyd olunub ki, əvvəlki pasportlarda doğum yeri ilə bağlı göstərilən məlumatlar vətəndaşların xarici ölkələrin sərhədlərini keçməsi zamanı mütəmadi problemlərə səbəb olurdu.

Yeni yanaşmanın əsas məqsədinin Ermənistanın biometrik sənədlərini beynəlxalq normalara uyğunlaşdırmaq, eləcə də sərhəd-keçid məntəqələrində yaranan çətinlikləri aradan qaldırmaq olduğu bildirilib.

Beləliklə, Ermənistan vətəndaşlığı almış və Qarabağda doğulmuş şəxslərin yeni biometrik pasportlarında doğum yeri kimi Azərbaycan göstəriləcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki