image-393395_srcbackend

Ermənistan prezidenti istefa verdiyini açıqladı

image-reklam_sirab_01

Ermənistan prezidenti Armen Sarkisyan istefa verib. O, qərarın “emosional olmadığını” bildirib.

“Mən çox uzun müddət düşünürdüm və təxminən dörd illik fəal işdən sonra Ermənistan prezidenti vəzifəsindən istefa vermək qərarına gəlmişəm. Bu, qətiyyən emosional qərar deyil və müəyyən məntiqdən irəli gəlir”, – Ermənistan prezidentinin saytında dərc olunan bəyanatında bildirib.

“Prezidentin ölkə və xalq üçün çətin olan bu dövrdə daxili və xarici siyasətdəki radikal proseslərə təsir etmək üçün lazımi alətləri yoxdur. Dövlətimiz üçün bu çətin, milli birliyin lazım olduğu bu dövrdə prezident institutu dedi-qodu və konspirasiya obyektinə çevrilməməli, bununla da ictimaiyyətin diqqətini ən mühüm məsələlərdən yayındırmamalıdır”, – Sarkisyan istefasını belə izah edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki