Ermənistan bir müddətdir KTMT-nin tədbirlərindən qaçmaqla Qərbə doğru addımladığını açıqlayırdı. Artıq Rusiyanın sərt addımlar atmasından və bəyanatından sonra rəsmi İrəvan qorxuya düşməyə başladı. Dekabrın 25-də Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının sessiyasında iştirak etməyəcəyini bəyan edən Paşinyan fikrindən daşınıb. Vətəninfo.az xəbər verir ki, erməni baş nazir Nikol Paşinyan iki günlük işgüzar səfərlə bu gün Rusiya Federasiyasına gedib. Paşinyan dekabrın 25-də Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının sessiyasında, dekabrın 26-da isə MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək.