image-333backend

Ermənistan  səfərbərlik elan edib: Müdafiə naziri müharibə anonsu verdi

image-reklam_sirab_01

Ermənistan Müdafiə Nazirliyi qeyri-rəsmi səfərbərlik elan edib. Vətəninfo.az  xəbər verir ki, bununla bağlı artıq ilk addımlar atmağa başlayıblar.

Belə ki, Ermənistan tərəfi sərhədyanı rayonlarda “müqaviləli əsgər”lərin toplanılması üçün tədbirlərə başlayıb. “Hraparak” qəzetinin məlumatına görə, həmin tədbirlərdən biri bu gün saat 16:00-da Qafan şəhərində keçiriləcək. Yerli Mədəniyyət Sarayında təşkil olunacaq yığıncağın təşkilatçısı Qafan bələdiyyəsidir.

Yığıncaqda “könüllü” olaraq Ermənistan ordusunda “müqavilə ilə işləyən”lərin müəyyən edilməsi müzakirə olunmaqla yanaşı, həm də bu prosesə qoşulmaq istəyənləri dəvət ediblər.

Lakin sosial şəbəkələrin erməni seqmentində yayılmış məlumatlardan belə aydın olur ki, burada heç də “könüllülükdən” söhbət getmir. Onların xəbərinə görə, Ermənistan Müdafiə Nazirliyi prosesi “könüllü” və “müqaviləli əsgər” adı altında keçirməklə, həm ölkə daxilində panika yaratmaq istəmir, həm də səfərbərlikdən yayınanları müəyyən etməyə çalışır.

Bundan əlavə, orduya qəbul edilənlərin də “müqaviləli əsgər” kimi təqdim edilməsi onlara verilən vədlərlə də bağlıdır. “Joqovurd” qəzeti bu barədə yazır ki, “müqaviləli əsgər” olmaq istəyənlərə vəd verilib ki, onlara böyük məbləğli maaş veriləcək. Bundan başqa, ailə üzvlərinə də əlavə sosial yardımlar ayrılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki