image-1backend

Ermənistan sərhədçiləri də İran və Türkiyə ilə sərhəddə

image-reklam_sirab_01

2025-ci il yanvarın 1-dən etibarən Ermənistan-İran və Ermənistan-Türkiyə sərhəd xətləri boyunca xidmət Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti ilə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin hərbçiləri tərəfindən birgə təşkil olunacaq.

Bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

Onun sözlərinə görə, bununla bağlı Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında razılıq əldə edilib.

O da bildirilib ki, Ermənistanla İranın sərhəd bölgəsində yerləşən nəzarət-buraxılış məntəqəsində isə bilavasitə Ermənistan sərhədçiləri keşik çəkəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki