image-reklam-veteninfo
image-1backend

Ermənistan sülh və münaqişə arasında seçim etməli olacaq

image-reklam-veteninfo

Ermənistanın sülh və münaqişə arasında seçim etmək zərurəti olacaq.

Vətəninfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində bildirib.

O qeyd edib ki, əgər Konstitusiya Məhkəməsi sülh sazişinin Ermənistan Konstitusiyasına uyğun gəlmədiyinə qərar verərsə, o zaman Ermənistanın konkret vəziyyəti və sülh ilə münaqişə arasında seçim etmək zərurəti olacaq.

“Biz təklif edirik ki, Azərbaycan eyni vaxtda ATƏT-də Minsk qrupunun strukturlarının ləğvi ilə bağlı sülh sazişi və birgə bəyanat imzalasın. Yəni sülh sazişi və ATƏT-in Minsk Qrupunun strukturlarının ləğvi ilə bağlı birgə bəyanatı masaya qoymaq və həm birincini, həm də ikincini eyni yerdə və eyni vaxtda imzalamaq,” – Paşinyan deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki