Vətəninfo.az xəbər verir ki, Ermənistan Təhlükəsizlik Xidməti müxalifətin “Vətən naminə Tavuş” hərəkatının bu gün günortadan sonra parlament binası önündə keçiriləcək mitinqi fonunda təşkilatçılara konstitusiya quruluşunu pozmaq cəhdlərinə qarşı xəbərdarlıq edib.
Təhlükəsizlik Xidmətinin açıqlamasında deyilir: “Konstitusiya quruluşunu istənilən hücumlardan qorumaq missiyasını nəzərə alaraq, qanunla nəzərdə tutulan bütün vasitələrdən istifadə edilməklə istənilən qanunsuz davranışın qarşısı alınacaq”.
Qeyd edək ki, Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın da iştirak edəcəyi hökumət saatının keçiriləcəyi vaxt parlament binası yaxınlığında böyük mitinq keçirməyə hazırlaşır.