Ermənistan və Türkiyə sərhədində bir sıra departamentlərin nümayəndələrinin görüşü baş tutub. Vətəninfo.az xəbər verir ki, bu barədə iki ölkə arasında münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan bildirib.
Ahurik/Akyaka sərhədinin dəmir yolu keçidini dəstəkləmək üçün tələb olunan texniki ehtiyaclar müzakirə edilib. Onun sözlərinə görə, “görüş müsbət və konstruktiv atmosferdə keçib”.