image-reklam-veteninfo
image-uqnlyo2ilu4ejlwxbackend

Ermənistan Türkiyə sərhədinə aparan yolların təmiri üçün Avropadan dəstək istəyib

image-reklam-veteninfo

Ermənistan Türkiyə ilə sərhədə aparan avtomobil yollarının əsaslı təmiri və yenidən qurulması üçün Avropa İnvestisiya Bankından dəstək istəyib.

Vətəninfo.az News.am- a istinadən xəbər verir ki, Ermənistan hökuməti noyabrın 19-da keçirilən iclasında Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi ilə Avropa İnvestisiya Bankı arasında məsləhət dəstəyi üzrə əməkdaşlıq sazişinin imzalanması təklifini təsdiqləyib.

Əməkdaşlıq “Şərq Tərəfdaşlığı: Nəqliyyat İnfrastrukturuna İnvestisiyalar” təşəbbüsü çərçivəsində həyata keçiriləcək.

Layihə Ermənistanın “Sülh Yollarının Kəsişməsi” təşəbbüsü çərçivəsində regional nəqliyyat infrastrukturunun inkişafını və ölkənin tranzit imkanlarının genişləndirilməsini nəzərdə tutur.

İlkin mərhələdə M7 (Gümrü–Spitak–Vanadzor–Dilican) avtomobil yolunun Axurik kəndi yaxınlığındakı hissələrinin, eləcə də Marqara–Vardanaşen yolunun Türkiyə sərhədində yerləşən Marqara sərhəd-keçid məntəqəsinə yaxın ərazisinin təkmilləşdirilməsi planlaşdırılır.

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bildirib ki, Türkiyə sərhədinə aparan yolların əsaslı təmiri layihələri 1,5 il ərzində hazırlanacaq.

Saziş çərçivəsində, həmçinin M4 (İrəvan–Sevan–İcevan) avtomobil yolunun prioritet hissələrində mümkün təmir və tikinti işləri qiymətləndiriləcək.

Ümumilikdə, nəzərdən keçirilən yol marşrutlarının uzunluğu 30 kilometr təşkil edir. Ermənistan hakimiyyəti bu yolları ölkənin şimal-cənub və qərb-şərq istiqamətlərində nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından strateji əhəmiyyətli hesab edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki