Ermənistan və Rusiya arasında dəmir yollarının fəaliyyəti ilə bağlı yaradılmış birgə işçi qrupunun ilk iclası İrəvanda keçirilir.
“Sputnik-Armenia” xəbər verir ki, görüşün əsas mövzusu Rusiya Dəmir Yolları (RJD) şirkətinin törəmə müəssisəsi olan “Cənubi Qafqaz Dəmir Yolları”nın konsessiya idarəçiliyindəki Ermənistan dəmir yollarının fəaliyyətidir.
Məlumata görə, iclas qapalı formatda keçirilir və mütəxəssislərin müzakirələri gün ərzində davam edəcək.
Birgə işçi qrupunun yaradılması barədə qərar oktyabrın 14-də Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Dəmir Yollarının baş direktoru Oleq Belozerov arasında İrəvanda keçirilən görüşün nəticələrinə əsasən qəbul edilib.
İşçi qrupuna Ermənistan tərəfindən ərazi idarəetməsi və infrastruktur nazirinin müavini David İvanyan rəhbərlik edir. Rusiya tərəfini isə nəqliyyat nazirinin müavini Aleksey Şilo və Rusiya Dəmir Yollarının baş direktorunun müavini Vyaçeslav Pavlovski təmsil edir.


























