Vətəninfo.az xəbər verir ki, dünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və suriyalı həmkarı Əsəd əş-Şeybani arasında telefon danışığı baş tutub. Tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı və əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Nazirlər, habelə, diplomatik nümayəndə heyətlərinin qarşılıqlı səfərləri də daxil olmaqla, siyasi dialoqun daha aktiv şəkildə davam etdirilməsi və birgə səylərlə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı razılığa gəliblər.


























