image-6backend

Ermənistan və Türkiyə sərhəddəki körpü ilə bağlı əməkdaşlıq etmir

image-reklam_sirab_01

Ermənistan və Türkiyə sərhəddəki körpünün eskizinin hazırlanmasında əməkdaşlıq etmir.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ermənistanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyindən “Sputnik Armenia”nın sorğusuna cavab olaraq bildiriblər.

“İlkin layihə versiyası artıq hazırdır, o, 2010-cu ildə hazırlanıb. Qiymət və müddət barədə yalnız layihə və hesablama sənədləri hazırlandıqdan sonra danışmaq mümkün olacaq. Xüsusi komissiyanın yaradılması da müzakirə olunur. Türkiyədə analoji layihənin hazırlanıb-hazırlanmadığını bilmirik”, – deyə qeyd olunub.

Xatırladaq ki, Ermənistanla Türkiyə arasında 44 günlük müharibədən sonra normallaşma prosesi başlayıb. Türkiyə tərəfindən danışıqlar üzrə xüsusi nümayəndə kimi Serdar Kılıç, Ermənistan tərəfdən isə Ruben Rubinyan təyin olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki