image-image_750x_64633cd127c5bbackend

Ermənistana gələn 800 milyon avroluq kokain müsadirə edildi

image-reklam_sirab_01

İtaliyanın gömrük polisi ölkənin cənubundakı Gioia Tauro limanında 2 ton 734 kq yüksək təmizlikdə olan kokain yükü aşkar edib. Vətəninfo.az xəbər verir ki, bu barədə İtaliyanın Sky News nəşri xəbər yayıb.
Narkotik iki konteynerdə olub və 78 ton banan yükündə gizlədilib.

Yük Ekvadorun Quayakil limanından Gürcüstanın Batumi limanı vasitəsilə Ermənistana ötürülüb.
İtaliyanın Fiskal Mühafizəsi (Gömrük Polisi) İtaliyanın cənubundakı Kalabriya bölgəsindəki yükdaşıma məntəqəsindən istifadə edərək Cənubi Amerikadan Qara dəniz və Adriatik regionlarına (Xorvatiya, Yunanıstan və Gürcüstandakı limanlara) narkotiklərin daşınmasını uzun müddət izləyib.

Polis əməliyyat zamanı sənədlərə əsasən, Ermənistana tropik meyvələrin gətirildiyi iki şübhəli konteyner tapmağa nail olub.

Narkotik daşınmasının ümumi dəyəri 800 milyon avrodan çox qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki